İki aydan sonra liqaya döndü, bu komandanın baş məşqçisi oldu

18 Aprel 10:40 I Divizion 1 425
İki aydan sonra liqaya döndü, bu komandanın baş məşqçisi oldu

Fevralda «Difai»dən ayrılan Xaqani Məmmədovun işsiz günləri başa çatıb.

«Fədailər»in sükanı arxasında 3 ay dayanmış mütəxəssis yenə I Liqaya dönüb.

O, «Qaradağ Lökbatan»a baş məşqçi təyin olunub.

Fərid Məmmədov bir neçə gün öncə qəsəbə təmsilçisinin sükanı arxasından ayrılıb.

Ötən ilin noyabrında bura gəlmiş mütəxəssisin gedişi səbəbsiz deyil. Atdığı addım fikir ayrılığından dolayıdır.
Kiminlə?

Bəllidir ki, F.Məmmədov baş məşqçi vəzifəsini rəsmən daşısa da, əslində, bu işi Amit Quluzadə görüb. Sonuncunun B kateqoriyası olmadığı üçün iştirak ərizəsində rəsmiləşmə bu cür aparılıb.

Komandanın uğursuz çıxışı tərəfləri üz-üzə gətirib. Aralarında ciddi mübahisə yaranıb. Rəhbərlikdən dəstək alan Quluzadə Məmmədovun düşərgədən getməsinə nail olub.

Xaqani Məmmədov bu boşluğu doldurmalıdır. Yəni, adı kağız üzərində baş məşqçi kimi göstərilsə də, gerçəkdə Amit Quluzadənin köməkçisi funksiyasını yerinə yetirəcək.

«Qaradağ» 22 tura 19 xal toplayıb. Çempionatın ötənilki gümüş medalçısı hazırda turnir cədvəlinin 10-cu, yəni, sonuncu pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"