Nəfəs kəsən “qırğın”, əla qurtarışlar, vacib hadisə - VİDEO

18 Aprel 09:40 I Divizion 303
Nəfəs kəsən “qırğın”, əla qurtarışlar, vacib hadisə - VİDEO

I Liqada 22-ci turun oyunları keçirilir.

Son iki turda məğ\lubiyyətlə üzləşən və qapısından üst-üstə 9 top buraxan "Difai" Şamaxıda "Zaqatala"nı qəbul edib.

Çempionatda qalmaq mücadiləsi verən «fədailər»in liderlər qrupunda yer alan qonaqlarıyla dueli kifayət qədər maraqlı və gərgin alınıb.

Təəssüf ki, «Difai» ev oyunlarını Ağsuda keçirə bilmir, yoxsa yerli publika həqiqətən də sevinərdi. Şamaxıda bir ovuc tamaşaçıın önünə çıxan komanda bu dəfə qapısında qol görmədi, əksinə qol vurdu.

33-cü dəqiqədə ani yaranan epizodun davamında Emil Quluzadənin ötürməsini qəbul edən Kristian Kamta yaxın məsafədən toru nişan alıb.

Kamerunlu hücumçu fasilə öncəsi daha bir dəfə fərqlənmək fürsəti əldə etsə də, müdafiəçi son anda topun qapıya daxil olmasını əngəllədi. Amma gerçəkdən afrikalı forvard ağıllı vuruş yapmışdı.

«Zaqatala» atletik və 90 dəqiqə mübarizə aparan komandadır. Bərk qoz da adlandırmaq olar onları.

Yaxşı futbolçuları çoxdur. Sadəcə, dünən onarda şans da gətirmədi. Əsasən də ikinci hissədə.

Hesabın sürüşkənliyini nəzərə alaraq müdafiəyə çəkilən nominal ev sahiblərinin üzərinə durna qatarı kimi gələn qonaqların cinah keçidləri xeyli təhlükəli alındı.

Yarımmüdafiənin sağ qanaldına daha çox üstünlük verən «Zaqatala»nın iki belə fraqmentdə hesabı bərabərləşdirmək imkanı var idi.

Mövsümün gedişatı bəlli edib ki, çempionatın ən zəif müdafiə xətti «Difai»dədir. 42 top 22 turu geridə qalmış «fədailər» üçün olduqca pis göstəricidir.

Liqada onlardan çox top buraxan ikinci komanda yox idi. Dnən isə Mahir Həsənovun lideri olduğu arxa zona əvvəlki həftələrə nisbətən yaxşı təsir bağışladı.

Qış fasiləsində «Kəpəz»dən icarəyə götürülmüş Həsənov və Seymur Rəhimov kritik anlarda topa müdaxiləsi ilə hesabın bərabərləşməsinə imkan vermədi.

Eyni zamanda Qurban Hüseynovla Arzu Atakişiyev kifayət qədər diqqətli mübarizə apardı, xoş təsir bağışladı.

Amma şübhəsiz, «Difai»nin heyətində ən yaxşı kimi biz Sahib Həsənovu qeyd etməliyik. Ötən ilin yayında icarə əsasında «Şamaxı»dan cəlb olunmuş qapıçı bir-birindən gözəl seyvlərlə komandanın dadına yetişdi. İnanılmaz topları götürdü.

Bu, onun pişik kimi cəldlik göstərdiyi günlərdən biri idi - istər «çərçivə» önündə, istərsə də topa çıxışlarda səhvə yol vermədi. Səhibin topa reaksiyaları bir deyimi təsdiqlədi - doğrudan da, qapıçı komandanın yarısıdır.

Xallarını 22-yə yüksəldən "Difai" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 28 xalı olan "Zaqatala" isə 4-cü yerdədir.

SPORTİNFO.AZ

"Difai" - "Zaqatala" 1:0

Qol: Kristian Kamta, 32
Şamaxı OİK stadionu. 50 tamaşaçı
Baş hakim: Kamranbəy Rəhimov
Baş hakimin köməkçiləri: Vüqar Bayramov, Sənan Atayev
Dördüncü hakim: Mahmud Bağırzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
Sarı vərəqələr: Sahib Həsənov, 83 (oyunun bərpasının ləngidilməsi) // Sərxan Abdullayev, 53 (qeyri-idman hərəkəti); Rüstəm Nuruyev, 80 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 6 dəq.

“Difai”
1. Sahib Həsənov
11. Fərid Kərimzadə
(7. Ceyhun Muxtarlı, 69)
6. Xəyal Bədirov
(17. Riad Abbaszadə, 83)
50. Qurban Hüseynov
2. Seymur Rəhimov
20. Mahir Həsənov
8. Emil Quluzadə (k)
5. Ömər Məmmədzadə
(10. Tahir Zeynalov, 52)
9. Kristian Kamta
66. Arzu Atakişiyev
19. Muhammed Alfa
(32. Xəyyam Məmmədli, 52)
Ehtiyat oyunçular:
85. Nail Alışov
24. Rəvan Əvəzov
21. Anar Əhmədzadə
44. Yaqub Yusubov
Məşqçi: Aydın Qasımov

“Zaqatala”
1. İvan Markov
9. Asim Babazadə
(17. Stenli Okezi, 83)
77. Sərxan Abdullayev
8. Roini İsmayılov (k)
55. Mətin Qəhrəmani
10. Rüstəm Nuruyev
27. Mahmud Məmmədov
24. Cavad Qurbanlı
20. Nemət Şıxəmirov
11. Aşqin Abazərov
(44. İbrahim Məmmədov, 75)
15. Jan Pol Assumu
(14. Davud Mahmudov, 64)
Ehtiyat oyunçular:
62. Sərdar Sərdari
12. Həsən Həsənli
Baş məşqçi: Rüstəm Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"