
Bu gün I Liqada 22-ci tur start götürüb.
Sportinfo.az xəbər verir ki, ilk gündə 3 matç keçirilib.
"Cəbrayıl" Bayılda "Mingəçevir"i qəbul edib və 2:0 hesabıyla qələbə qazanıb.
"Qaradağ Lökbatan" Binədə "Bakı Sportinq"in qonağı olub və uğursuz seriyaya son qoyub. "Zaqatala" isə səfərdə "Difai" ilə qarşılaşıb və yenilib.
I Liqada lider "Qəbələ" artıq ən az 3-cülüyü və növbəti mövsüm üçün Premyer Liqaya vəsiqəni təmin edib.
“Cəbrayıl” – “Mingəçevir” 2:0
Qollar: M. Caniyev, 5; O. Təhməzli, 71
Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Rizvan Süleymanov, Şamil İmanzadə
“ASCO Arena”
“Bakı Sportinq” – “Qaradağ Lökbatan” 0:1
Qol: B. Həziyev, 60
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev
Binə qəsəbə stadionu
“Difai” – “Zaqatala” 1:0
Qol: K. Kamta, 33
Hakimlər: Kamranbəy Rəhimov, Vüqar Bayramov, Sənan Atayev, Mahmud Bağırzadə
Şamaxı OİK stadionu
18 aprel (cümə)
16:00. MOİK – “Karvan”
16:30. “İmişli” – “Qəbələ”