Prezident və o toplantı keçirdi, dəstək vəd olundu - FOTO

17 Aprel 15:00 I Divizion 481
Prezident və o toplantı keçirdi, dəstək vəd olundu - FOTO

«Difai» rəhbərliyi məşqçi heyəti və futbolçularla görüş keçirib.

Klubun prezidenti Asəf Məlikov və vitse-prezidenti Elşən Rəsulovun iştirakıyla təşkil olunan toplantıda mövcud vəziyyətdən danışılıb.

«Fədailər» bu gün I Liqada 22-ci turun oyununa çıxacaq. Turnir cədvəlində doqquzuncu yeri tutan komanda Şamaxıda «Zaqatala»nı qəbul eləyəcək.

Sözügedən yığıncaqda qarşıdan gələn oyunla bağlı fikir mbadiləsi aparılıb, ümumi durumdan söz açılıb və qarşıya qoyulan hədəflər ətrafında müzakirələr aparılıb.

Asəf Məlikov və Elşən Rəsulov futbolçulara uğurlar arzulayıb, komandanın uğurları üçün daim onlara dəstək olacaqlarını bildiriblər.

Hər iki funksioner deyib ki, kollektivin bu turdan etibarən yüksəlişə keçəcəyinə və turnir cədvəlində vəziyyətini yaxşılaşdıracağına inanırlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"
18 Aprel 19:30 Çək və bizə göndər!