
I Liqada 21-ci turun oyunları keçirilib.
Turun vacib matçlarından birində liqada qalmaq uğrunda mübarizə aparan “Qaradağ Lökbatan”la “Mingəçevir” üz-üzə gəlib.
Lökbatandakı OİK stadionunda keçirilən qarşılaşma kifayət qədər gərgin alınıb ki, komandalardan heç biri qol istəyinə çata bilməyib. Nəticədə matç 0:0 hesabı ilə nəticələnib.
Halbuki hesab fərqli ola bilərmiş. Oyunun sonlarına yaxın “Qaradağ”ın futbolçusu Tunar Mütəllimov əlverişli mövqedə olarkən qapıya zərbə endirib.
“Çərçivə”yə yönələn top yolüstü “Mingəçevir”li Raul Məmmədovun əlinə deyib. Maraqlıdır ki, həmin epizodda Məmmədovun əli qeyri-təbii vəziyyətdə, yəni bədəndən aralı formada olub.
Baş hakim Alik Yunusov “nöqtə”ni göstərməyib, “davam” deyib.
HƏBİB / SPORTİNFO.AZ