
Bu gün I Liqada 21-ci tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.
MOİK "Cəbrayıl"ı, "Zaqatala" "Bakı Sportinq"i, "Qaradağ Lökbatan" isə "Mingəçevir"i qəbul edib.
Tura sabah keçiriləcək 2 görüşlə yekun vurulacaq.
MOİK – “Cəbrayıl” 2:1
Qollar: R. Orucov, 51; C. Tağıyev, 71 – Z. Abdurahmanov, 24
Binə qəsəbə stadionu
“Zaqatala” – “Bakı Sportinq” 6:1
Qollar: C. Qurbanlı, 4; R. İsmayılov, 45+1-avtoqol; A. Babazadə, 46; R. Süleymanov, 48-avtoqol; J. Pol Assumu, 58; E. Abdullayev, 83-avtoqol – İ. Allahverdiyev, 40
Qırmızı vərəqə: C. Əlizadə, 17 ("Bakı Sportinq")
Zaqatala OİK stadionu
“Qaradağ Lökbatan” – “Mingəçevir” 0:0
Lökbatan OİK stadionu