RƏSMİ: "Qaradağ” oturduğu yerdə işə düşdü, araşdırma aparıldı, məşqçi yola salındı - VİDEO

8 Aprel 13:40 I Divizion 623
RƏSMİ: "Qaradağ” oturduğu yerdə işə düşdü, araşdırma aparıldı, məşqçi yola salındı - VİDEO

AFFA İntizam Komitəsi I Liqada mübarizə aparan "Qaradağ Lökbatan"a texniki məğlubiyyət verib.

Sportinfo.az xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.

20-ci turda “Cəbrayıl”la keçirilən matçda (0:0) “Qaradağ Lökbatan”ın heyətində adları protokolda olmayan futbolçular oyuna daxil olub.

Buna görə də “Qaradağ”a 0:3 hesablı texniki məğlubiyyət verilib, həmçinin klub 400 manat cərimələnib.

Lökbatan təmsilçisi bu üzdən məşqçisi Tamerlan Məmmədovla vidalaşıb.

«Qaradağ»lılar 0:0 bitən matçda iranlı yarımmüdafiəçi Naxamaneş Neyijvanuş və Ramin Məhərrəmlini meydana buraxıb. Hər iki oyunçu əvəzetmədən qazona ayaq basıb.

Ramin Məhərrəmli fasilədə Coşqun Əsədzadənin yerinə forma geyinibsə, Naxamaneş Neyijvanuş 72-ci dəqiqədə Fərid Mahmudovu əvəzləyib.

QL rəhbərliyi olayı araşdırıb. Məlum olub ki, burada Amit Quluzadənin heç bir təqsiri yoxdur.

Komandanın çalışdırıcısı 18 nəfərlik iştirak ərizəsini köməkçisinə təqdim edib. T.Məmmədov isə işinə məsuliyyətsiz yanaşıb, protokolu I Liqanın onlyan sisteminə yarımçıq yükləyib.

Analitik vəzifəsini yerinə yetirən yardımçı ora cəmi 16 futbolçunun adını qeyd eləyib.

Digər Xəbərlər
Xəbər Lenti