Azərbaycanda komandanın görülməyə dəyər sevincli dəqiqələri bu VİDEOda

30 Mart 09:50 I Divizion 456
Azərbaycanda komandanın görülməyə dəyər sevincli dəqiqələri bu VİDEOda

I Liqada ikinci mövsümünü keçirən «Difai» 19-cu turda «siftə» etdi.

«Fədailər tarixi ərzində ilk dəfə çempionatın ardıcıl iki turunda qələbə qazanmağı bacardı.

Öncə «Cəbrayıl»ı Bayılda 4:0 üstələyən Qarabağ qazilərinin təmsilçisi bu dəfə MOİK-i Binədə yendi.

Aydın Qasımovun çalışdırdığı komandaya qalibiyyəti gətirən qollara Kristian Kamta, Muhammed Alfa və Fərid Kərimzadə imza atdı.

Beləcə, «Difai» xal ehtiyatını 19-a çatdırdı və son 2 sıradan bir qədər uzaqlaşdı. İndi onlar «Cəbrayıl» və «Qaradağ Lökbatan»ı qabaqlayaraq, 8-ci pillədə yer alıb.

Binədəki matçdan sonra «Difai»nin düşərgəsində şadyanalıq hökm sürüb. Məşqçilər və futbolçular uğurlu nəticəni bir yerdə qeyd edib, ortalığa maraqlı mənzərə çıxıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
31 Mart 23:45 3 qol - VİDEO