
Martın 16-da «Səbail»dən istefaya göndərilən Cavid Hüseynovun işsiz günləri uzun çəkməyib.
O, yenidən «Cəbrayıl"a dönüb.
Bu qayıdış hələlik qeyri-rəsmidir və yəqin ki, yaxın vaxtlarda da belə olacaq. Ən azından, mayın sonuna, mövsüm başa çatana qədər.
Premyer Liqanın 27-ci turunda evdə «Neftçi»yə 1:2 hesabıyla məğlub olduqları gün mətbuat konfransında səsləndirdiyi fikirlərə görə «dənizçilər»in sükanı arxasından uzaqlaşdırılan gənc mütəxəssis «Cəbrayıl»da işə başlayıb.
I Liqada debüt mövsümünü keçirən komandanı məşqlərə artıq o çıxarır. Həftəlik hazırlıq planını da tərtib edən odur.
Əli Muradov? O. 2 aydan artıqdır formal baş məşqçidir.
Əslində, yanvardan bəri «Cəbrayıl»ı idarə edən iki şəxsdir - Şahin Məmmədov və dostu Təmkin Xəlilzadə. Sadəcə, Muradovun «B» kateqoriyası olduğu üçün onu sənəddə baş məşqçi göstəriblər.
Cavid Hüseynov «Cəbrayıl»ın yaradıcısı və prezidentidir.
Üç il öncə doğma rayonunun adını daşıyan klubu ərsəyə gətirib, onu Region Liqasının qalibi edib, daha sonra II Liqanın gümüş medallarını qazandırıb və I Liqaya yünsəldib.
SPORTİNFO.AZ