
Bu gün I Liqada 19-cu tura start verilib.
Sportinfo.az xəbər verir ki, üçüncü dövrənin ilk oyun günündə 3 matç keçirilib.
"Zaqatala" doğma rayonda "Qaradağ Lökbatan"la qolsuz heç-heçə edib.
"Difai" Binədə MOİK-ə qalib gəlib və turnir cədvəlində 8-ci pilləyə yüksəlib.
"Karvan" isə Yevlaxda "Bakı Sportinq"lə bərabərə qalıb.
“Zaqatala” – “Qaradağ Lökbatan” 0:0
Hakimlər: Mahmud Bağırzadə, Elmin Süleymanov, Elman Kərimov, İslam Məmmədov
Zaqatala OİK stadionu
MOİK – “Difai” 1:3
Qollar: C.Tağıyev, 90+1 - C.Kamta, 3, M.Alfa, 38, F.Kərimzadə, 90+3
Hakimlər: Elvin Bayramov, Rəhman Aslanov, Zakir Şükürzadə, Alik Yunusov
Binə qəsəbə stadionu
“Karvan” – “Bakı Sportinq” 1:1
Qollar: E.Morgan, 76-pen. - L.Stevanoviç, 57
Hakimlər: Nicat İsmayıllı, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Emin Əliyev
Yevlax şəhər stadionu
28 mart (cümə)
15:30. “İmişli” – “Cəbrayıl”
16:00. “Qəbələ” – “Mingəçevir”