
I Liqada çıxış edən “Karvan” üçün seminar təşkil olunub.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə AFFA-nın Hakimlər Komitəsinin üzvü, keçmiş FIFA referisi Anar Salmanov, həmçinin Yevlax təmsilçisinin futbolçu və məşqçi heyəti iştirak edib.
Anar Salmanov oyun qaydaları barədə iştirakçılara məlumat verib, videoçarxda nümayiş olunan epizodları şərh edib. Həmçinin müxtəlif epiozdlarla bağlı müzakirələr aparılıb.
Görüşdə hakimlik və oyun qaydaları ilə bağlı suallar da cavablandırılıb.