Bu klub Premyer Liqada oynamaqdan İMTİNA EDİB?

02:40 I Divizion 2 364
Bu klub Premyer Liqada oynamaqdan İMTİNA EDİB?

"Zaqatala"nın maliyyə problemlərinə görə Premyer Liqaya lisenziya almaqdan imtina etməsi doğru deyil.

Bu, məntiqsizdir, çünki iddialı klublar bu problemləri aradan qaldırmaq üçün Premyer Liqaya yüksəlmək istəyirlər.

Biz də əsas çempionata vəsiqə qazanmaq üçün mübarizəni sonadək aparacağıq".

Sportinfo.az xəbər verir ki, bunu "Zaqatala"nın prezidenti Şaban Şirdanov mətbuat xidmətinə açıqlamasında deyib.

O, komandanın maliyyə çətinliklərinə görə Premyer Liqaya lisenziya almaqdan imtina etməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Klub rəhbəri bu iddiaları təkzib edərək, əsas hədəflərinin yüksək liqada oynamaq olduğunu vurğulayıb:

"İlboyu əziyyət çəkən və birinci-ikinci yerləri tutan komandaların Premyer Liqaya yüksəlməsi ədalətlidir. Həmin kollektivlərə uğurlar arzu edirəm.

Stadionlar şərtləri ödəməyəcəksə, həmin klublar başqa arenalarda oynayacaqlar. Növbəti ilədək infrastrukturu düzəldəcəklər.

“Zaqatala” elitaya yüksələrsə, qazonu dəyişməyə, hətta Premyer Liqaya yüksəlməsək belə, sponsor tapsaq, bu çempionatda da yenilənmiş ot örtüyü ilə oynamağa başlaya bilərik."

Şaban Şirdanov komandanın Premyer Liqaya vəsiqə verən ilk "3-lük" uğrunda sonadək mübarizə aparacağını bildirib:

"Ən böyük hədəfimiz Zaqatalada futbol ənənəsini yaşatmaqdır. Çünki şəhərin sakinlərinin bu idman növünə olan sevgisi böyükdür.

Əsas hədəfimiz böyük futbolu Zaqtalada yaşatmaqdır. Təbii ki, Premyer Liqada çıxış etsək, bunları həyata keçirmək daha rahat olar.

Biz isə bunu həm rəhbərlik, həm də kollektiv halında etməliyik. “Qəbələ” ilə oyundan sonra komandamız sübut etdi ki, I Liqada bizim qalib gəlməyəcəyimiz rəqib yoxdur.

Sonunadək mübarizə aparacağıq. Futbol Zaqatalanın mənəvi dəyərlərindən biridir."

"Zaqatala" 18 turdan sonra 23 xalla 5-ci pillədə qərarlaşıb. Komandanı 3-cü pillədən 8 xal ayırır.

Digər Xəbərlər
Xəbər Lenti