
«Bu haqda danışmaq çətin deyil, çox çətindir».
«Araz-Saatlı»nın prezidenti Ədalət Abdullayev Sportinfo.az-a açıqlamasında belə deyib.
II Liqada mübarizə aparan aran klubu 18-ci turda şok məğlubiyyət alıb. Şəhriyar Məmmədovun çalışdırdığı komanda doğma publika önündə «Şəfa» tərəfindən «bombardman»a məouz qalıb.
Paytaxt təmsilçisi onların qapısından nə az, nə çox, düz 10 cavabsız top keçirib.
Beləcə, Azərbaycan çempionatında mövsümün yeni rekordu qeydə alınıb. Bununla da, “Şəfa” ən böyükhesablı qələbə qazanan və bir matçda ən çox qol vuran komanda olub.
Ə.Abdullayev heç kimin gözləmədiyi bu hesabı doğuran səbəblər barədə aşağıdakıları söyləyib:
«Arzulamadığımız aqibətlə qarşılaşdıq. Halbuki komandamız öncəki turda çempionatın lideri “Şahdağ”a qarşı səfərdə yaxşı oyun nümayiş etdirmişdi.
Şamaxıda qələbəyə bərabər məğlubiiyət almışdıq. 0:10-u heç gözləmirrdik.
Təəssüf ki, belə alındı. Oyundan sonra məşqçi və futbolçularla söhbət etdik, hamı çox məyus idi.
Erkən qollar buraxdıq və ondan sonra toparlanmaq çox çətin oldu. Amma cəzadan söhbət gedə bilməz.
Bu heyət ən çətin anlarda klubun yanında olub. Altı oyunluq əqləbə seriyası yaxalayan bir komandamız var.
Futbolda bəzən belə hallar olur. Yəqin ki, vicdanları başqalarını cəzalandıracaq.
Bir deyim var, deyirlər ki, futbol Azərbaycanda heç kimə lazım deyil. Bunu hardasa şübhə ilə qarşılayıram.
Amma dəqiq bilirəm ki, futbol Saatlıda 3-4 nəfər səmimi insandan, vətənpərvərdən savayı heç kimə lazım deyil.
Görünən budur, çünki komanda hələ də heç bir dəstək almır. Yenə də prinsipial olaraq işimizin üzərindəyik.
Sona qədər mübarizəmizi davam etdirəcəyik. Fikrimiz əvvəlkitək Birinci Liqaya vəsiqə qazanmaqdır”.