
I Liqada çıxış edən MOİK-in Qəzənfər Abbasovun baş məşqçi postundan gedişindən sonra komandanın Orxan Səfiyaroğluna tapşırılmasını xəbər vermişdik.
Uzun illərdir burada işləyən Ramin Nəsibov da ona köməkçi təyin edilib.
Gənc çalışdırıcı Nəsibovla bərabər özünə yeni köməkçi də götürüb.
Bu, Elnur Əliyevdir. Əliyev daha çox uşaq futbolundakı xidmətləri ilə tanınır.
O, uzun müddət "Qəbələ" və "Qarabağ" akademiyalarında çalışıb.
Bundan sonra biz onu böyük futbolda görəcəyik.
Xatırladaq ki, 18 turdan sonra aktivində 22 xalı olan "hərbiçilər" turnir cədvəlinin 6-cı sırasında qərarlaşır.
SPORTİNFO.AZ