DTX-nın yaratdığı klub haqda yeni MARAQLI VİDEO

21 Mart 11:05 I Divizion 631
DTX-nın yaratdığı klub haqda yeni MARAQLI VİDEO

«CBC Sport» kanalında yayımlanan «Liqalarımız» verlişinin budəfəki buraxılışı «Difai»yə həsr olunub.

Prezident Asəf Məlikov klubun yaranmasını zəruri edən səbəblər barədə izləyicilərə geniş məlumat verib.

O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) dəstəyi ilə ərsəyə gətirilmiş «Difai»nin Azərbaycanın ilk milli anti-terror təşkilatının adını idman sahəsində yaşatdıqlarını bildirib.

AFFA İcraiyyə Komitəsinin növbəti mövsümdən etibarən Premyer Liqada iştirakçı sayının 10-dan 12-yə artırılması barədə qərarını alqışlayan müsahib deyib ki, bu, I Liqada rəqabətin daha da güclənməsinə şərait yaradıb.

I Qarabağ müharibəsinin iştirakçısı və qazisi olan polkovnik başçılıq etdiyi «fədailər»in mövcud durumu və hədəflərini açıqlayıb.

O, hazırda Bakıda – «Neftçi»nin bazasında məskunlaşdıqlarını, ev oyunlarını isə Şamaxıda keçirdiklərini söyləyib.

Məlikov Ağsu şəhər stadionunun 1 ildən artıqdır təmirə bağlandığını, bəzi xırda çatışmazlıqlar üzündən ora dönüşün bir qədər yubandığını vurğulayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Mart 11:30 Bir balaca cəld olun!
21 Mart 08:00 Azərbaycana yaz gəldi