Azərbaycan klubunda acınacaqlı durum - Görün, nə üçün rəqib komandaya ağız açdılar

20 Mart 16:05 I Divizion 1 085
Azərbaycan klubunda acınacaqlı durum - Görün, nə üçün rəqib komandaya ağız açdılar

MOİK-də ciddi maliyyə böhranı yaşayır.

İş o həddə çatıb ki, Birinci Liqa təmsilçisi Mingəçevir səfərində biabırçı durumla üz-üzə qalıb.

Belə ki, futbolçuların oyun zamanı içməyə suyu olmayıb.

Klub rəsmiləri çıxış yolunu rəqibə ağız açmaqda görüblər.

Hər nə qədər qəribə səslənsə də adi su üçün meydan sahiblərinə müraciət edilib.

"İşıqçılar" qonaqların ürəkağırdan durumuna biganə qalmayıb.

Müraciət cavabsız qalmayıb, oyunun gedişində rəqib komandanın üzvləri də su ilə təmin edilib.

"Hərbiçilər" 18 turdan sonra 22 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti