"Qəbələ"nin qənimi danışdı: "Bu, bizə təəccüblü gəlmir"

17 Mart 23:00 I Divizion 212
"Qəbələ"nin qənimi danışdı: "Bu, bizə təəccüblü gəlmir"

"Qəbələ" Birinci Liqanın 18-ci turunu xal itkisi ilə arxada qoydu.

"Qırmızı qaralar" Zaqatala səfərindən bərabərliklə (1:1) qayıtmalı oldu.

Ümumiyyətlə, "Zaqatala" yeganə rəqibdir ki, Kaxaber Tsxadadzenin yetirmələri bu mövsüm onları məğlub edə bilməyib.

Birinci dövrənin Qəbələdə keçirilən matçı da qolsuz bərabərliklə başa çatmışdı.

Sportinfo.az-a açıqlama verən "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov qarşısıalınmaz "Qəbələ"ni durdurmağın yollarından danışıb:

"Bunda hər hansı sirr yoxdur. Sadəcə, liderə qarşı oynamaq daha rahatdı, nəinki digər rəqiblərə qarşı.

Burada motivasiya məsələsi rol oynayır. İddialı komanda ilə oyunda xal qazanmaq, qol vurmaq belə futbolçuları ruhlandırır.

Düzdü, Qəbələdəki oyunda o qədər də qol vurmaq imkanımız olmadı. Amma son oyunda qələbə də qazana bilərdik.

Daha çox qol imkanı bizdə idi. Amma qarşılaşma bərabərliklə bitdi. Bəlkə də ədalətli hesab bu idi.

"Qəbələ" çox yaxşı kollektivdir. Oyun sistemi, oyunçu profili bizim komanda ilə çox oxşardı.

Bu da özünü göstərir. Futbolçular tapşırıqları daha rahat icra edə bilirlər.

Hər iki oyunda da xal almağımızda qeyri-adi nəsə yoxdur. Birinci Liqada istənilən rəqib bunu bacara bilər.

Digər tərəfdən komandamız pis deyil. Məğlubiyyətləri də liderlərdən almışıq.

Həmin görüşlər də minimalhesablı olub. Gücümüzə inanırıq. Ona görə də "Qəbələ", "Karvan" kimi klublardan xal almaq bizə təəccüblü gəlmir".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
17 Mart 11:20 Bala-bala...