Premyer Liqaya hazırlıq başladı - Komanda baş məşqçinin dostuna tapşırılacaq?

14:40 I Divizion 411
Premyer Liqaya hazırlıq başladı - Komanda baş məşqçinin dostuna tapşırılacaq?

Ötən mövsüm «Şamaxı»nı I Liqanın çempionu etmiş Ramiz Məmmədov yenidən Premyer Liqaya qayıtmağa çox yaxındır.

Gələn mövsüm elitada çıxış etmək iddiasında olan «Karvan» rəhbərliyi komandanı ona tapşırmaq niyyətindədir.

Maraqlıdır ki, bir neçə ildir Yevlax təmsilçisini çalışdıran Kənan Kərimov da onun sükan arxasına gətirilməsinə razıdır. Axı onlar çox dostdur.

Uzun müddətdir yaxın dost olan cütlük burada da bir araya gələ bilər. «Pro» kateqoriyalı mütəxəssis iş başına keçərsə, Kərimovu da öz korpusunda saxlayacaq.

Hər halda bunu zaman göstərəcək.

Hələlik «Karvan»ın I Liqada durumu qənaətbəxşdir. Aranlılar 18 tura 34 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində mbvqe tutub.

Şirvan təmsilçisi keçən sezona Vüqar Əsgərovla start verib. «Futbol ili»nə istənilən kimi başlaya bilməyən çalışdırıcı bir neçə həftə sonra istefaya göndərilib.

Onu isə baş məşqçi postunda Ramiz Məmmədov əvəzləyib. Məhz bu şəxsin sükanı təhil almasıyla «Şamaxı»nın həyatında canlanma yaranıb.

Qısa müddətdə toplarlanan kollektiv növbəti 18 turda məğlubiyyət üzü görməyib.

12 qələbə əldə edən və yalnız 6 dəfə heç-heçəyə imza atan «şirlər» son turda «Qaradağ Lökbatan»ı da qabaqlayaraq, qızıl medallara yiyələnib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti