Çətin vəziyyətdə olan komandada yeni məşqçi təyinatı: “Dönməyə qərar verdim”

14 Mart 17:40 I Divizion 599
Çətin vəziyyətdə olan komandada yeni məşqçi təyinatı: “Dönməyə qərar verdim”

«Qaradağ Lökbatan» yeni məşqçi ilə anlaşıb.

Fevralda «İmişli»dən ayrılan Zeynalabidin Hüseynov qəsəbə klubunda işə başlayıb.

O, Amit Quluzadənin köməkçisi təyin olunub.

Fiziki hazırlıq üzrə mütəxəssis Sportinfo.az-a seçimi haqda açıqlama verib:

«Məni bura Amit müəllim dəvət etdi. Bir aydan sonra Birinci Liqaya dönməyə qərar verdim.

Komanda tərəfindən çox yaxşı qarşılandım. Gördüyüm iş ürəyimcədir.

Amit Quluzadə burada çox yaxşı kollektiv formalaşdırıb. Əl-ələ verib, «Qaradağ»ı yuxarı qaldıracağıq.

Son pillə «Qaradağ»ın yeri deyil. Düşünürəm ki, bu, müvəqqəti haldır, tezliklə qələbələri sıralayacağıq.

Bizə bir uğurlu oyun lazımdır ki, sonra ardını gətirək. «Karvan»ı da udmalı idik».

Lökbatan təmsilçisi 18 tura 14 xal toplayıb. Ötən mövsümün gümüş medalçıcı hazırda turnir cədvəlinin sonuncu - 10-cu pilləsində yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Mart 12:40 Qara Qarayev oynayacaq?
14 Mart 11:00 Gördüzmi bunu?
14 Mart 10:40 4 qol - VİDEO