Premyer Liqa iddiasında olan yeni klub - Bundan çox adam ilk dəfə XƏBƏR TUTACAQ!

12 Mart 20:00 I Divizion 624
Premyer Liqa iddiasında olan yeni klub - Bundan çox adam ilk dəfə XƏBƏR TUTACAQ!

«Baku Sportinq» növbəti mövsüm Premyer Liqada iştirak etmək iddiasındadır.

I Liqanın debütantı bu niyyəti barədə AFFA-nı məlumatlandırıb.

Ötən sezon II Liqanın çempionu olmuş Buzovna təmsilçisi bu məqsədlə federasiya mənsubları ilə bir araya gəlib.

«Baku Sportinq»dən əldə etdiyimiz informasiyaya görə, tərəflər arasında görüş kifayət qədər səmərəli keçib.

Yeni yaranmış klubun rəhbərliyi elitada mübarizə aparmaq üçün bütün lisenziyalaşdırma şərtlərini yerinə yetirməyə hazır olduqlarını bildirib.

Onlar hələ illər öncə akalemiya yaratdıqlarını, həm oğlanlardan, həm də qızlardan ibarət bir neçə yaş qrupu üzrə komandalarının fəaliyyət göstərdiyini söyləyib.

Qeyd ediblər ki, AFFA-nın nəzdində olan Mərdəkan stadionunu 6 aylıq icarəyə götürməyə hazırdırlar. Yəni ki, klub Premyer Liqaya buraxılarsa, mövsümün ilk yarısını orada keçirməyə razıdırlar.

«Baku Sportinq» bununla yanaşı, tezliklə Buzovna stadionunda kompleks yenidənqurma işləri aparmaq istədiklərini diqqətə çatdırıb.

Plana əsasən, iyunda təmirə bağlanacaq arenanın ot örtüyü yenidən dəyişdiriləcək, 5000 nəfərlik tribuna tikiləcək, həmçinin digər zəruri avadanlıqlar quraşdırılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Mart 11:20 Deyin, tanıdaqmı?