
I Liqada ikinci mövsümünü keçirən «Difai»yə qarşı «kampaniya» bitmək bilmir.
Məqsədi çempionatda yerini qorumaq olan «fədailər»ə hakimlər «müharibə» elan edib.
16-cı turda Əli Əliyevin haqqına girdiyi və penaltisini vermədiyi Qarabağ qazilərinin təmsilçisini bu dəfə Murad Səlimov peşman eləyib.
Belə ki, adıçəkilən referi «Baku Sportinq»lə matçda (0:1) «Difai»nin təzmin penaltisinə göz görə-görə gözümü yumub.
Baş hakim 49-cu dəqiqədə cərimə meydançası daxilində rəqib müdafiəçinin kobudluğuna məruz qalan Kristian Kamtanın yerə yıxılmasını görməzdən gəlib.
Kamerunlu hücumçu ayağına endirilən zərbənin təsirindən müvazinətini itirib, fəqət, M.Səlimov özünü heç nə olmamış kimi aparıb və qapıdan sərbəst vuruş təyin edib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN