
I Liqada hakim özbaşınalığı davam edir.
«Mingəçevir» ASTA-nın himayəsi altına keçəndən sonra «fit sahibləri»nin «işıqçılar»a münasibəti 180 dərəcə dəyişib.
Yeni ildən bəri keirilən bütün oyunlarda bu komandanın xeyrinə mübahisəli qərarlar verilir. Nöbəti «qurban» isə «İmişli» olub.
Premyer Liqaya iddialı aran klubu 17-ci tur çərçivəsində keçirilən matçda “ədalət təmsilçisi”nin ədalətə yaraşmayan hərəkətlərinin badına gedib.
Belə ki, referi İslam Məmmədov 82-ci dəqiqədə ev sahiblərinin qapısına təmiz penaltini verməyib. Halbuki təqdim etdiyimiz videoda hər şey açıq-aşkar görünür:
Uzun ötürməni sinəsi ilə qəbul edən «İmişli»nin hücumçusu Seyxan Fərəcov «Mingəsevir»dən Mehrac Baxşalının kobudluğuna məruz qalır.
Fərəcov zərbənin təsirindən üzüstə yerə yıxılsa da, baş hakim qayda pozuntusunu qeydə almadı. Əvəzində o, «İmişli»nin məşqçisi Ruhid Usubova sarı vərəqə göstərmişdi.
Halbuki Fərid Namazovun köməkçisinin narazılığı haqlı idi və referiyə də, əslində, güldən ağır söz deməmişdi.
O, yalnız bunu söylədi: «Bu müqəddəs Ramazan gününə and olsun ki, orada penalti var idi, sən vermədin»…
İslam Məmmədov daha sonra nə etsə yaxşıdır? «İmişli»dən 2 futbolçunu - Gilyerme Silva və Rəhim Cəfərlini 87-ci dəqiqədə meydandan kənarlaşdırdı.
SPORTİNFO.AZ