Bölgə klubunda əsəblər tarıma çəkildi: AFFA-ya şikayət ünvanlanacaq - VİDEO

11 Mart 17:00 I Divizion 705
Bölgə klubunda əsəblər tarıma çəkildi: AFFA-ya şikayət ünvanlanacaq - VİDEO

Birinci Liqada hakim qalmaqalı böyüməkdədir.

Bu dəfə narazılıq edən "İmişli" klubudur.

"Mingəçevir"lə son oyunda başverənlər bölgə klubunun rəhbərliyini özündən çıxarıb.

Belə ki, Aran təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə bitən matçda baş hakim İslam Məmmədov verdiyi qərarlarla yerli publikanın əsəblərini tarıma çəkib.

O, qısa müddətdə "İmişli"nin iki futbolçusunu qırmızı vərəqə ilə meydandan qovub.

Xüsusilə Gilyerme Silva verilən birbaşa qırmızı vərəqə çox şübhəli qərar olub.

Bundan başqa referi cərimə meydançasında olan qayda pozuntusuna penal vermək əvəzinə cərimə zərbəsi təyin edib.

Bir başqa epizodda meydan sahiblərinin futbolçusu rəqibin cərimə meydançasında yerdə qalsa da hakimin fiti susub.

Sizə saydıqlarımız ciddi qayda pozuntularıdır.

Künc zərbələrində, yan xətt atışlarında verilən yanlış qərarlardan söz açmırıq.

Klub yaşanan hakim rəzilliyinə səssiz qalmayacaq.

Artıq AFFA-ya şikayət etmək barədə qərar alınıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti