İddialı klub Premyer Liqada oynamaqdan imtina etdi - SON DƏQİQƏ XƏBƏRİ!

9 Mart 14:25 I Divizion 3 048
İddialı klub Premyer Liqada oynamaqdan imtina etdi - SON DƏQİQƏ XƏBƏRİ!

I Liqada mübarizə aparan «İmişli» iddiasından geri çəkilib.

Aran təmsilçisi növbəti mövsüm Premyer Liqa iştirakçıları arasında yer almayacaq.

Saytımız bu haqda son dəqiqə məlumatı əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, klub rəhbərliyi bununla bağlı gözlənilməz qərar qəbul verib. Qərara əsasən, komanda qarşıdakı sezonu da aşağı liqada keçirəcək.

Səbəb? Hazırda mövzu ətrafında araşdırma aparırıq. Müəyyən bilgilərimiz var, çalışırıq ki, onları dəqiqləşdirək.

Ən qısa zamanda oxucularımız sürpriz qərarın motivindən xəbərdar edəcəyik. Bizi izləməkdə olun!

«İmişli» 17 turu arxada qalan cari çempionatda 30 xal toplayıb. Bu göstərici ilə turnir cədvəlinin üçüncü sırasında mövqe tutublar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti