
Bu gün I Liqada 17-ci tur start götürüb.
Sportinfo.az xəbər verir ki, ilk gündə 2 matç keçirilib.
6-cı yerdəki MOİK autsayder "Qaradağ Lökbatan"ı qəbul edib. Oyun 2:2 hesabı ilə başa çatıb.
5-ci sıradakı "Bakı Sportinq" isə 9-cu yerdəki "Difai"nin qonağı olub və 1:0 hesablı qələbə qazanıb.
Turun digər görüşləri sabah keçiriləcək.
“Difai” – “Baku Sporting” 0:1
Qol: L.Stevanoviç, 40
Hakimlər: Murad Səlimov, Sevda Nuriyeva, Nurlan Əhmədzadə, Rövşən Rəcəbov
Şamaxı OİK stadionu
MOİK – “Qaradağ Lökbatan” - 2:2
Qollar: İ.Əliyev, 43, N.Qurbanlı, 62 - A.Abdullayev, 5, 45+2-pen.
Hakimlər: Əli Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Alik Yunusov
Binə qəsəbə stadionu
7 mart (cümə)
13:00. “Cəbrayıl” – “Qəbələ”
14:00. “İmişli” – “Mingəçevir”
14:00. “Karvan” – “Zaqatala”