
«Difai»nin prezidenti Asəf Məlikov «İdman TV»də yayımlanan «I Liqa» verlişinin qonağı olub.
Rəşad Rafiqoğlunun suallarını cavablandıran klub rəhbəri mövsümün gedişini dəyərləndirib.
«Fədailər»in birinci şəxsi ötən illərlə müqayisədə çempionatın səviyyəsinin artdığını, «Qəbələ»dən başqa bütün komandaların aşağı-yuxarı eyni gücdə olduğunu bildirib.
I Qarabağ müharibəsində ermənilərə qarşı döyüşmüş və qazi olmuş A.Məlikov «Difai»ni keçmiş hərbçilərin yaratdığını deyib.
O, klubun cari məqsədləri və gələcək planları haqda danışıb, həmçinin baş məşqçi dəyişikliyi ilə əlaqəli suala aydınlıq gətirib.
Prezident qeyd edib ki, «Difai» yaxın tarixdə Premyer Liqaya vəsiqə qazanmağı planlaşdırır.
AFFA İcraiyyə Komitəsinin elita ilə bağlı son qərarına münasibət bildirən Məlikov lisenziyalaşdırma meyarlarının əsas götürülməsini alqışlayıb.
SPORTİNFO.AZ