
«Difai»də baş məşqçi səlahiyyətlərini yerinə yetirən Aydın Qasımov əməliyyat olunub.
Üç ildir «fədailər»in uğurları üçün çalışan mütəxəssis Bakıdakı özəl klinikalardan birində cərrah masasına qalxıb.
Sağ ayağının ön çarpaz bağları qopan Qasımov bu gün evə buraxılıb. O, ən azı iki həftə həkim nəzarətində qalacaq və müalicəsini davam etdirəcək.
Başqa sözlə, gənc sükançı I Liqanın qarşıdakı turlarında komandanın başına keçə bilməyəcək. Onu köməkçiləri Tural Lətiovla Əyyub Əliyev əvəzləyəcək.
Aydın Qasımov saytımıza açıqlamasında əməliyyatın uğurlu keçdiyini və hazırda özünü yaxşı hiss etdiyini söyləyib.
Bildirdiyinə görə, əməliyyatın vaxtı 3 ay öncədən müəyyənləşdirilib.
«Difai» fevralın 27-də Mingəçevirdə eyniadlı komandanın qonağı olmalı olsa da, güclü qar üzündən matç 1 gün sonraya ertələnib. Odur ki, həmin gün futbolçuları meydana yardımçıları çıxarıb.
SPORTİNFO.AZ