
Bu gün I Liqada 16-cı tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, olonci oyun gününə 4 matç keçirilib.
Turun mərkəzi oyunu Qəbələdə olub. Hazırda sıralamaya liderlik edən "Qəbələ" 2-ci pillədəki "Karvan"ı qəbul edib.
Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qaradağ Lökbatan" "İmişli" ilə, MOİK "Zaqatala" ilə, "Mingəçevir" isə "Difai" ilə qarşılaşıb.
"Qaradağ Lökbatan” – “İmişli” 0:1
Qol: P. Alveş, 40
Hakimlər: Kamranbəy Rəhimov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Niyaz Əhmədov
Lökbatan OİK stadionu
MOİK – “Zaqatala” 0:0
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Ruslan Quliyev
Zaqatala OİK stadionu
“Mingəçevir” – “Difai” 1:0
Qol: R. Məmmədov, 88
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Rəsul Babayev
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydanca)
“Qəbələ” – “Karvan” 2:0
Qollar: D. Massumo, 54, A. Şuaybu, 84
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Sənan Bayramzadə
Qəbələ şəhər stadionu