Qar əngəl yaratdı, oyun sabaha qaldı - SON DƏQİQƏ

27 Fevral 14:40 I Divizion 2 740
Qar əngəl yaratdı, oyun sabaha qaldı - SON DƏQİQƏ

I Liqasının XVI turunun "Mingəçevir" - "Difai" oyununun vaxtı müəyyənləşib.

Hava şəraiti ilə əlaqədar bu gün baş tutmayan qarşılaşma sabah keçiriləcək.

Matç saat 14:00-da start götürəcək.

Dünəndən bəri Mingəçevirə güclü qar yağıb. Yaşar Məmmədzadə adına stadionun ehtiyat meydançasını «təbii örtük»dən vaxtında təmizləmək mümkün olmayıb.

Bu görüş hər iki tərəf üçün çox əhəmiyyətlidir. «Difai» hazırda 13 xalla turnir cədvəlinin 8-ci pilləsində yer alıb. «İşıqçılar» isə 11 xalla son sıradadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti