
Bu gün I Liqada 16-cı tur start götürüb.
Sportinfo.az xəbər verir ki, ilk gündə 1 matç keçirilib.
"Cəbrayıl" "Bakı Sportinq"in qonağı olub. "Bakı Sportinq" qarşılaşmada 1:0 hesablı qələbə qazanıb.
Bu oyunun 87-ci dəqiqəsində hər iki komanda azlıqda qalıb.
Bu günə nəzərdə tutulan "Mingəçevir" - "Difai" görüşü qarlı hava şəraiti səbəbindən təxirə salınıb. Sözügedən matç sabah oynanılacaq.
“Baku Sporting” – “Cəbrayıl” 1:0
Qol: L.Stevanoviç, 39
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Elman Kərimov, Səbuhi Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Binə qəsəbə stadionu, 13:30