
I Liqanın 16-cı turu çərçivəsində keçirilməli olan “Mingəçevir” – “Difai” oyunu təxirə salınıb.
Qərarın verilməsinə qarlı hava şəraiti səbəb olub.
Qarın altında qalan meydanı təmizləmək mümkün olmadığından, matçın bu gün keçirilməməsi qərara alınıb.
Oyunun hansı tarixə keçirilməsi barədə məlumat verilmir.
Bildirək ki, qarşılaşmanın saat 14:00-da başlaması nəzərdə tutulmuşdu.
HƏBİB / SPORTİNFO.AZ