Azərbaycanda hakimlərin bu qədər qorxduğu ikinci baş məşqçi varmı?

26 Fevral 19:40 I Divizion 4 130
Azərbaycanda hakimlərin bu qədər qorxduğu ikinci baş məşqçi varmı?

I Liqada mübarizə tədricən qızışmaqdadır.

Sezonun başa çatmasına hələ 3 ay qalsa da, yarışmaçılar öz iddialarını ortaya qoymaq üçün əlindən gələni əsirgəmir.

AFFA-nın yeni mövsümlə əlaqəli son qərarı onları bir qədər də hərəkətə gətirib, həmçinin həyacanlandırıb.

Üç iştirakçı Premyer Liqaya birbaşa vəsiqə qazanacağından, liderlər qrupuna «qırğın» düşüb.

«Qəbələ»nin çempion olacağı artıq heç kimdə şübhə doğurmur. İkinci-üçüncü yerlərdə «Karvan»la «İmişli» gedir. Onları isə «Zaqatala» ilə MOİK təqib edir.

Digər beş iştirakçı liqada yerini qorumaq dərdi çəkir. Hazırda turnir cədvəlinin son pilləsini «Mingəçevir» tutur. 11 xala malik «işıqçılar» ondan üst sıradakı «Qaradağ Lökbatan»dan 1, «Difai»dən 2 xal geri qalır.

«Mingəçevir»in hər cür nəzəri və praktiki şansı var ki, axırıncı yerdən qurtulsun. Hər halda ASTA kimi sponsorun çətiri altına keçiblər.

Yeni himayədarın gəlişi ilə klubun həyatı 180 dərəcə dəyişib. Düşərgəyə 20-yə yaxın yeni futbolçu cəlb olunub və onlara I Liqanın üstündə əməkhaqqı ödənilir.

Əvəzedicilər Liqasından dəvət edilən gənclərə 2000-3000 manat həndəvərində maaş verilir. Mükafatlar da yüksəkdir.

Liqada yerlərini qorusalar, ASTA oyunçulara böyük məbləğdə mükafat da ayıracaq. Bir sözlə, təzə patron «Mingəsevir»i yağ içində böyrəktək bəsləməyə başlayıb.

Bəs problemləri necə, yoxdurmu? Biz artıq bu haqda da danışmalıyıq.

«Mingəçevir»in yeni rəhbərliyinin fəaliyyətinə kölgə salan şəxs Füzuli Məmmədovdur.

2019-cu ildə «Neftçi»də köməkçisi olduğu Roberto Bordinin ayağının altını qazaraq baş məşqçi postuna keçən F.Məmmədov bu gün I Liqaya öz «damğa»sını vurmaq üçün ən axırıncı yola da əl atır.

Bildiyimizə görə, yeni sponsor hakimlərlə «işləmək» üçün «qara büdcə» ayırmayıb.

Amma «fit sahibləri»nin «Mingəçevir»ə münasibətdə simpatiya ilə yanaşdığını müşahidə etməkdəyik. Komanda bu il artıq 4 oyun keçirib və bu oyunların hamısında irili-xırdalı bir neçə insident qeydə alınıb.

“Zaqatala” – “Mingəçevir” 2:1
Baş hakim:
Səbuhi Bayramov
Baş hakimin köməkçiləri: Sənan Atayev, Rasim Axundov
Dördüncü hakim: Mahmud Bağırzadə
Sarı vərəqələr: Aşqin Abazərov, 63 (qeyri-idman hərəkəti); Rüstəm Nuruyev, 68 (hakimin qərarına etiraz); Cəlal Cəbrayılov, 90+6 (qeyri-idman hərəkəti) // Elçin Qasımov, 46 (hakimin qərarına etiraz); Elnur Mirzəyev, 55; 75 (qeyri-idman hərəkəti); Elmin Bayramov, 90+4 (qeyri-idman hərəkəti); Abba Usman, 90+4 (hakimin qərarına etiraz); Zöhrab Əsədov, 90+6 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Elnur Mirzəyev, 75
Qollar: Roini İsmayılov, 45+2 (p.); Cəlal Cəbrayılov, 88 // Fanen Jozef Akyam, 68 (p.)

“Mingəçevir” – “Qaradağ Lökbatan” 1:1
Baş hakim
: Murad Səlimov
Baş hakimin köməkçiləri: Orxan İbişov, Nurlan Əhmədzadə
Dördüncü hakim: Vüqar Həsənli
Sarı vərəqələr: Rəşad Əliyev, 15 (qeyri-idman hərəkəti); Fanen Jozef Akyam, 26 (qeyri-idman hərəkəti) // İlnur Valiev, 10 (qeyri-idman hərəkəti); Tunar Mütəlimov, 34 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Əli Kərimov, 76 (qeyri-etik ifadə və ya hərəkət)
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Xəyal Alıyev (“Qaradağ Lökbatan”), 75 (hakimlər briqadasını təhqir etdiyi üçün)
Qollar: Gülağa Əsədov, 11 // Bahadur Həziyev, 40
Qolla nəticələnməyən penalti: Gülağa Əsədov, 75

“Mingəçevir” - “Cəbrayıl” 0:0
Baş hakim:
Mahmud Bağırzadə
Baş hakimin köməkçiləri: Elmin Süleymanov, Elman Kərimov
Dördüncü hakim: Rasim Musayev
Sarı vərəqələr: Elmin Bayramov, 30 (qeyri-idman hərəkəti); Murad Dadaşev, 34 (qeyri-idman hərəkəti); Abba Usman, 87 (qeyri-idman hərəkəti) // Zeynəddin Abdurahmanov, 53 (qeyri-idman hərəkəti); Emil Bayramov, 87 (qeyri-idman hərəkəti);
Aqşin Yaqubov, 87 (qeyri-idman hərəkəti)

“Baku Sportinq” – “Mingəçevir” 0:1
Baş hakim:
Şamil İmanzadə
Baş hakimin köməkçiləri: Mirnihat Seyidov, Elman Kərimov
Dördüncü hakim: Vüqar Həsənli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sarı vərəqələr: Orxan Fərəcov, 18 (qeyri-idman hərəkəti); Luka Stevanoviç, 67 (qeyri-idman hərəkəti); Asim Əlizadə, 85 (qeyri-idman hərəkəti); Xəzər Mahmudov, 90+2 (hakimin qərarına etiraz) // Hüseyn Əliyev, 52 (qeyri-idman hərəkəti); Elməddin Məmmədov, 90+3 (hakimin
qərarına etiraz)
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Toğrul Əhmədov, 50; 60 (hakimin qərarına etiraz); Elman Sultanov, 60 (hakimin qərarına etiraz) // Məhəmməd Məmmədov 27 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Toğrul Əhmədov, 60.

Statistikadan hər şey aydın olur: Hakimlər «Mingəçevir»in rəqiblərinə münavsibətdə «səxavətli» ttərpənib, onların qapısına 2 penalti təyin edib.

Onlara göstərilən sarı və qırmızı vərəqələrin sayı da həddən artıq çoxdur.

Həmin komandaların baş məşqçi və futbolçuları «Mingəçevir»lə matçlardan sonra mediaya verdiyi açıqlamalarda bir qayda olaraq «fit sahibləri»nin birtərəfli idarəçiliyindən şikayətləniblər.

Bunun üçün «Qaradağ Lökbatan»ın çalışdırıcısı Amit Quluzadənin fikirlərini xatırlamaq kifayətdir:

«İnsident hər oyunda ola bilər. Fikrimcə, nədənsə asılı olmayaraq futbolçu nə hakimlə, nə də rəqiblə aqressiv davranmalıdır. Ancaq onu da deyim ki, bu şəraiti yaradan oyun zamanı verilən ədalətsiz qərarlardır. Hakim idarəçiliyindən narazıyam. Biz hakim səhvləri ucbatından 10 xal itirmişik. Söhbət mənim baş məşqçi təyin olunandan sonrakı dövrdən gedir. Təsadüfi deyil ki, builki çempionatda bizim qapımıza beş dəfə 11 metrlik cərimə zərbəsi təyin edilib. Ancaq bu mövsüm penalti vurmayan yeganə komanda bizik. Sosial şəbəkələrimizdə həmin epiozodları paylaşmışıq. Girib baxa bilərsiz ki, bizə hansı epizodlarda cərimə zərbələri verilməyib. Hələ verilməyən vərəqələri demirəm. Niyəsini bilmirəm, ancaq bəzən bizim oyunlarımızda hakimlər diqqətsiz davranırlar. Futbolçular da artıq ədalət təmsilçilərin bizə qarşı fərqli mövqeyini hiss edir. Nəticədə belə neqativ hallara zəmin yaranır. Konkret olaraq qərəz olduğunu deyə bilmirəm. Ancaq bir şeyi dəqiq deyə bilərəm ki, futbolçuların da səbir kasası dolur və mövcud durum onları qıcıqlandırır. Bir tərəfdən də oyunun gərginliyi, haqsız şəkildə rəqibin lehinə verilən qərarlar onlarda aqressiya yaradır. İstənilən halda, aqressiv davranan futbolçumuza bəraət qazandırmıram. Sadəcə səbəblərdən danışıram. Halbuki bizim tək niyyətimiz futbolu gözəlləşdirməkdir».

Bəli, bu tip açıqlamaların məhz «Mingəçevir»lə qarşılaşmalardan sonra verilməsi təsadüfi deyil. F.Məmmədovun I Liqaya təyinat alan əksər hakimlərlə isti münasibəti var.

Cici-bacı kimidirlər. Onlardan kimisi adını çəkdiyimiz baş məşqçiyə hörmətlə yanaşır, kimisi də ondan qorxur.

Məmmədovla «fit sahibləri» arasında «bağ» yaradan bir başqa şəxs də var.

Hansı ki, hakimlərə birbaşa təsir gücü böyükdür. O «Mister X» elə bu sahənin içindən çıxıb və lazım olan məqamlarda «sehrli çubuğ»unu işə salırıq.

Yaxşı olardı ki, AFFA mənsubları F.Məmmədovla hakimlərin yaxınlığını araşdırardı. Köməyə ehtiyacları var? Elə isə hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.

«Mingəçevir»in çalışdırıcısının kimlərlə münasbəti var, kimlərlə daimi əlaqədədir, kimlərlə görüşür - bunların hamısını dəqiqləşdimək 2x2-dir.

Hakimlər üçün bütün komandalar eynidirsə, niyə «Mingəçevir»lə qarşılaşan rəqiblər bu qədər şikayətçi düşür? Onların «Mingəçevir»ə həqiqətən canı yanırdısa, niyə bunu F.Məmmədovun təyinatından əvvəl hiss etdirmirdilər.

Yazıq Ədahim Niftəliyev… O,bu komandada işlədiyi ilyarım ərzində zülm çəkdi. «

Ədalət təmsilçiləri» onun baş məşqçi işlədiyi bu müddətdə daim «Mingəçevir»in başından basdı, incitdi. Kluba sponsor gəlibsə, bunun indi «fit sahibləri»nə nə dəxli?

Aydındır ki, işin içindəki şəxs Füzuli Məmmədovdan başqası deyil. Yenə deyirik, əksər hakimlərlə sirr-xudalı əlaqələri mövcuddur.

İmanızımı yandımayaq, o, hakimlərlə nə «xoş-beş» edib, ya etməyib, deyə bilmərik. Bu. həqiqətən belədir, ya belə deyil - bunu yalnız AFFA ilə bərabər hüquq-mühafizə orqanları müəyyənləşdirmək gücündədir.

Sadəcə, hiss olunur ki, həmin «fit sahibləri» ondan çəkinir. Çalışırlar ki,

F.Məmmədov onların idarəçiliyindən narazı qalmasın. Niyə ondan arvadları və ya sevgililəri qədər qorxurlar?

Bəlkə yanında «boğazdırlar»? Bəlkə F.Məmmədov bayramda, seyranda evlərinə «pay-püşt» göndərib, ona görə başları belə aşağıdır?
Nə bilək…

Qoy, bu sualların cavabını federasiyanın müvafiq departamentinin əməkdaşları tapsın.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti