Bu liqada klublara verilən pulun məbləği artırılacaq?

22 Fevral 21:20 I Divizion 629
Bu liqada klublara verilən pulun məbləği artırılacaq?

Azərbaycan I Liqasında 2025/2026 mövsümünün formatı bəlli olub.

Cari mövsüm I Liqada turnir cədvəlini sonuncu yerdə başa vuran klub II Liqaya düşəcək,

II Liqadan isə ilk yeri tutan komanda birbaşa I Liqaya yüksələcək.

I Liqada 9-cu yeri və II Liqada 2-ci yeri tutan komandalar arasında neytral meydanda 1 oyundan ibarət pley-off matçı keçiriləcək.

Qalib komanda I Liqada mübarizə aparmaq hüququ qazanacaq.

Hazırkı sezonun sonunda I Liqadan Premyer Liqaya 3 komanda yüksələcəyindən, belə bir sistem tətbiq olunacaq.

Artıq bu aydındır - növbəti «futbol ili»ndə I Liqada iştirakçı sayı 10 olacaq.

Hələlik yalnız bir şey açıqlanmayıb - AFFA çempionatda mübarizə aparacaq komandalara ayırdığı məbləği artıracaq, yoxsa əvvəlki rəqəmi saxlayacaq?

Federasiya rəhbərliyinə yaxın müxtəlif mənbələr vasitəsilə bunu dəqiqləşdirməyə çalışdıq.

Redaksiyamıza verilən məlumata görə, hazırda bu məsələ geniş müzakirə olunur. Hər kluba ayrılacaq vəsaitin 200-250 min manat civarında artımı gözlənilir.

Axır iki sezonda yardım paketi 300 min manat təşkil edib. Məbləğ 10 ay üzrə bölünərək, iştirakçıların bank hesabına köçürülüb.

Saytımıza daxil olan informasiyaya görə, dotasiya ilə bağlı yekun qərar AFA İcraiyyə Komitəsinin (İK) qarşıdakı toplantısında çıxarılacaq.

İK-nin həmin yığıncağının isə mart ayında keçirilməsi nəzərdə tutulur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Fevral 13:40 “Mən vacib deyiləm”