AFFA-nı gözləyən təhlükələr: Həmin klubları həvəskarlar idarə edir - VİDEO

21 Fevral 19:40 I Divizion 481
AFFA-nı gözləyən təhlükələr: Həmin klubları həvəskarlar idarə edir - VİDEO

“AFFA rəhbərliyi klub sayı və yeni mövsümün formatı ilə bağlı yekun qərarları təqdir toplayıb.

Bununla belə, çətinliklərin də fərqinə varmalıdırlar.

Xüsusilə Birinci və İkinci Liqada yer alan komandaların idarəçiliyi ilə bağlı məsələlərə ciddi nəzarət edilməlidir. Çünki klubların bir çoxu həvəskar səviyyədə idarə olunur.

Belə olan halda, perspektivdə problemlər baş qaldıra bilər. İ

lk növbədə sponsorların tapılmasında dəstək nümayiş etdirilməli və infrastruktur layihələrinə nəzarət artmalıdır. Bunlar olmasa, peşəkarlıq da “sinifdə qalacaq”.

Bu açıqlama ilə “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov çıxış edib.

Tanınmış jurnalist I və II Liqada yarışan komandaların durumu ilə bağlı ümumi şərhlər verib.

O, AFFA rəhbərliyini bəzi qərarların qəbulu fonunda ciddi nəzarət mexanizmini işə salmasının vacibliyini diqqətə çatdırıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
21 Fevral 12:40 "Çox güclü komandadır"