Şübhəli səhv, “cin atına mindirilən” baş məşqçi və köməkçisi… BU VİDEO+FOTOREPORTAJA BAXIN!

21 Fevral 16:40 I Divizion 547
Şübhəli səhv, “cin atına mindirilən” baş məşqçi və köməkçisi… BU VİDEO+FOTOREPORTAJA BAXIN!

I Liqada 15-ci tur arxada qalıb.

"Baku Sportinq" Binədə "Mingəçevir"i qəbul edib. Qarşılaşma qonaqların minimalhesablı qələbəsi ilə başa çatıb.

Yeganə qol 80-cı dəqiqədə vurulub. Aqil Nəsibovun fərqləndiyi epizod çox maraqlıdır…

AFFA-nın səlahiyyətli şəxslərinin, I Liqaya nəzarət edən çevrələr həmin fraqmenti gözdən keçirməsi məsləhətdir.

Qoldan öncə Buzovna təmçilçisinin müdafiəçisi Rəşad Həsənovun yol verdiyi gülünc səhv mütləq incələnməlidir. Çünki bu xəta çoxlu suallar və şübhələr oyadır - o, qəsdənmi belə etdi?

Hakimlər briqadasının işi də araşdırılmalıdır. Ötən 4 turdakı olduğu kimi, "Mingəçevir" bu dəfə də "fit sahibləri"nin dəstəyini kürəyində hiss edib.

Referi Şamil İmanzadə onlardan ötrü nominal ev sahiblərini "cin atına mindirib".

Baş məşqçi Elman Sultanov sarı vərəqəylə canını qurtara bilibsə, onun köməkçisi Toğrul Əhmədov 10 dəqiqə ərzində texniki zonadan kənarlaşdırılıb.

Həkim Məhəmməd Məmmədov da baş hakimin "gözündən yayınmayıb".

Elə meydandakılar da İmanzadənin idarəçiliyindən az əziyyət çəkməyib. "Baku Sportinq"in 4 oyunçusu sarı vərəqəylə cəzalandırılıb.

Qələbəyə baxmayaraq, Füzuli Məmmədovun çalışdırdığı kollektiv 11 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. 18 xalı olan "Baku Sportinq" isə 6-cı yerdədir.

SPORTİNFO.AZ

"Baku Sportinq" - "Mingəçevir" 0:1

Qol: Aqil Nəsibov, 80

Binə qəsəbə stadionu. 50 tamaşaçı
Baş hakim: Şamil İmanzadə
Baş hakimin köməkçiləri: Mirnihat Seyidov, Elman Kərimov
Dördüncü hakim: Vüqar Həsənli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sarı vərəqələr: Orxan Fərəcov, 18 (qeyri-idman hərəkəti); Luka Stevanoviç, 67 (qeyri-idman hərəkəti); Asim Əlizadə, 85 (qeyri-idman hərəkəti); Xəzər Mahmudov, 90+2 (hakimin qərarına etiraz) // Hüseyn Əliyev, 52 (qeyri-idman hərəkəti); Elməddin Məmmədov, 90+3 (hakimin qərarına etiraz)
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Toğrul Əhmədov, 50; 60 (hakimin qərarına etiraz); Elman Sultanov, 60 (hakimin qərarına etiraz) // Məhəmməd Məmmədov 27 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Toğrul Əhmədov, 60
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 5 dəq.

“Baku Sportinq”
77. Şahin Zəkiyev
6. İsa Zeynallı (k)
34. Elmin Əskərli
33. Luka Stevanoviç
10. Asim Əlizadə
22. Elcan Hafizli
(11. Elvin Valiiev, 67)
9. Xəzər Mahmudov
17. Orxan Fərəcov
(18. İlham Allahverdiyev, 81)
20. Əli Mürsəlov
12. Hüseyn Mürsəlov
4. Rəşad Həsənov
Ehtiyat oyunçular:
37. Ruslan Süleymanov
8. Nazim Bağırov
7. Rəhman Quliyev
3. Elnur Mirzəyev
99. İlkin Əliyev
2. Ramil Rüstəmov
15. Azad Rəcəbov
Baş məşqçi: Elman Sultanov

“Mingəçevir”
96. Elməddin Məmmədov
14. Vüqar Həsənov
13. Fanen Jozef Akyam
(95. Nihad Əliyev, 74)
60. Elmin Bayramov
2. Hüseyn Əliyev
7. Aqil Nəsibov
19. Elçin Qasımov (k)
20. Gülağa Əsədov
(6. Murad Dadaşev, 46)
27. Mehrac Baxşalı
3. Raul Məmmədov
(77. Rəşad Əliyev, 77)
5. Abba Usman
(17. Taleh Fərmanov, 84)
Ehtiyat oyunçular:
25. Afiq Musayev
75. Emil Həbibov
22. Rövşən Şahmuradov
18. Elvin Əliyev
16. Zöhrab Əsədov
8. Nihad Xəlilli
23. Məhəmməd Abbasov
Baş məşqçi: Fizuli Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti
21 Fevral 12:40 "Çox güclü komandadır"