.jpg)
Bu gün I Liqada 15-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə 2 matç keçirilib.
"Bakı Sportinq" "Mingəçevir"i qəbul edib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu, "Mingəçevir"in mğövsümdə 2-ci qələbəsidir. Komanda sonuncu dəfə sentyabrın 13-də çempionatın ilk turunda MOİK-ə qalib gəlib.
"Difai" isə "Qaradağ Lökbatan"dan üstün olub - 2:1.
13:30. “Bakı Sportinq” – “Mingəçevir” 0:1
Qol: Aqil Nəsibov, 80.
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Elman Kərimov, Vüqar Həsənli
Binə qəsəbə stadionu
14:00. “Difai” – “Qaradağ Lökbatan” 2:1
Qollar: Seymur Əliyev, 23. Kristian Kamta, 39 – Nurlan Novruzov, 35.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Ruslan Quliyev
Şamaxı OİK stadionu
19 fevral (çərşənbə)
“Cəbrayıl” – “Karvan” - 1:1
MOİK – “Qəbələ” - 0:4
“İmişli” – “Zaqatala” - 1:0