
I Liqada yanvar ayının ən yaxşı qolunun müəllifi olan Emil Qasımov mükafatlandırılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
“Difai” ilə Yevlaxda keçirilən matçda het-trik etmiş “Karvan”ın hücumçusuna mükafatlar 15-ci turun “Cəbrayıl”la qarşılaşmasından əvvəl verilib.
Mükafatları Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.