Klub rəhbərləri tək-tək binaya çağırıldı, XƏBƏRDRLIQ EDİLDİ Kİ…

19 Fevral 19:00 I Divizion 1 124
Klub rəhbərləri tək-tək binaya çağırıldı, XƏBƏRDRLIQ EDİLDİ Kİ…

Azərbaycan I Liqasında 2025/2026 mövsümünün formatı bəlli olub.

Bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar çıxarılıb.

Belə ki, cari mövsüm I Liqada turnir cədvəlini sonuncu yerdə başa vuran klub II Liqaya düşəcək, II Liqadan isə ilk 3 yeri tutan komanda birbaşa I Liqaya yüksələcək.

I Liqada 9-cu yeri və II Liqada 4-cü yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off matçı keçiriləcək.

Qalib komanda I Liqada mübarizə aparmaq hüququ qazanacaq.

Cari mövsümün sonunda I Liqadan Premyer Liqaya 3 komanda yüksələcəyindən, belə bir sistem tətbiq olunacaq.

Beləliklə, saytımızın 1 ay öncə bununla bağlı yaydığı daha bir informasiya rəsmi təsdiqini tapdı.

Yeni informasiya? Bəli, artıq o da var.

Redaksiyamıza daxil olan son məlumata görə, AFFA II Liqada yarışan iddialı klubların rəhbərləri ilə ayrı-ayrılıqda görüş keçirib.

Federasiyanın inzibati binasında təşkil olunan yığıncaqlarda onların I Liqa ilə bağlı planları dinlənib, bu çempionatda iştiraka maliyyə cəhətdən hazır olub-olmadıqları soruşulub, hesabat hazırlamaları istənilib. Həmçinin lisenziyalaşdırma tələbləri barədə məlumat verilib.

Bildirilib ki, yalnız AFFA-nın ayırdığı 300 min manatlıq yardım paketinə ümid bələməsinlər, sponsor tapmaq sarıdan işlərini möhkəm tutsunlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 11:00 “Biz buna məcbur idik”