
"Premyer Liqaya yeni gələcək klublar işlərini peşəkar qurmağa çalışmalıdır".
Bu fikirlər futbol eksperti Emin Abbasova aiddir.
O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində növbəti mövsüm Premyer Liqada çıxış edəcək yeni iştirakçılar barədə danışıb.
Tanınmış teleşərhçi I Liqadan gələcək klublardan söz açarkən narahatlığını dilə gətirib.
Abbasov vaxtilə «Sabah»da icraçı direktor vəzifəsini tutarkən yaşadığı təcrübəni bölüşüb, bildirib ki, iki çempionat arasında ciddi səviyyədə fərqi var və bu, özünü bütün xüsuslarda göstərir.
Ekspert qeyd edib ki, Premyer Liqaya həm idarəçilər, həm də məşqçilər hazır olmalı, öz işlərində standartlara diqqət yetirməli, I Liqa ab-havasından çıxmalıdırlar.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN