“Nə vaxt desələr, geri qayıtmağa hazıram - Bu yaxşılığı heç vaxt unutmayacam”

17 Fevral 10:40 I Divizion 1 627
“Nə vaxt desələr, geri qayıtmağa hazıram - Bu yaxşılığı heç vaxt unutmayacam”

«Mən ilk gündən son günə kimi əlimdən gələni etdim».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Difai»nin baş məşqçi postundan ayrılan Xaqani Məmmədov deyib.

I Liqada yarışan «fədailər»in Xaqani Məmmədovla işbirliyi axıra çatıb. Tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib.

Mütəxəssis «Difai» ilə problemsiz ayrıldığını bildirib:

«Mən əvvəldən bilirdim ki, hara gəlirəm. «Difai» kimi böyük təşkilatın adını daşıyan klubda vicdanla çalışdım.

Birinci gündən ta sonuncu günə kimi… Düşünürəm ki, fəaliyyətim uğurlu alındı.

Hər halda qısa müddətdə 5 xal topladıq. Mənə göstərdikləri diqqətə görə klub rəhbərliyinə öz dərin təşəkkürümü bildirirəm.

Ötən müddətdə şəxsən prezident Asəf Məlikovdan böyük dəstək gördüm. Ona həmişə minnətdar olacam.

Çünki mənə çətin vaxtda etimad göstərdi, komandaya dəvət etdi. Bu yaxşılığı heç vaxt unutmayacam.

Üç ay ərzində mənə çox şey aydın oldu. Böyük təcrübə topladım. Asəf müəllim «Difai» üçün əlindən gələni edən şəxsdir.

Komandaya normal şərait yaratmaqdan ötrü çox əziyyət çəkir. Hörmətli insandır.

Bu gün «Difai»də Premyer Liqanın bir neçə klubundan, o cümlədən, «Neftçi»dən futbolçular çıxış edir. Onların hamısı Asəf müəllimə görə oradadır.

Vəzifədən ayrılsam da, çox istəyirəm ki, «Difai» Birinci Liqada yerini qorusun. İnanıram ki, komanda bu məqsədə çatacaq.

Bunu ürəkdən arzulayıram. Həmişə «Difai»nin, Asəf Məlikovun qulluğundayam.

Bir də nəvaxtsa mənim köməyimə ehtiyac hiss edərlərsə, canla-başla ora qayıtmağa, əlimdən gələni etməyə hazıram».

X.Məmmədov ötən ilin noyabr ayının əvvəlində komandanın sükanı arxasına keçmişdi. Qarabağ qazilərinin təmsilçisi ötən 3 ay ərzində onun rəhbərliyi ilə 5 xal toplayb.

«Difai» bu müddət ərzində «Baku Sportinq»i 2:0 hesabıyla üstələyib, «Mingəçevir» və «Karvan»la heç-heçə edib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”