“Qəbələ” təsdiqi gec etdi, 100 manat AFFA-nın cibinə getdi

16 Fevral 03:00 I Divizion 714
“Qəbələ” təsdiqi gec etdi, 100 manat AFFA-nın cibinə getdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda 1-ci Liqasının 13-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

MOİK – “Cəbrayıl” oyununda “Cəbrayıl” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Cəbrayıl” komandası 70 manat cərimə edilib.

“İmişli” – “Karvan” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “İmişli” komandası 50 manat cərimə edilib.

“Difai” – “Qəbələ” oyununda “Qəbələ” klubu matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Qəbələ” klubu 100 manat cərimə edilib.

“Mingəçevir” – “Qaradağ Lökbatan” oyununun 75-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun həkimi Xəyal Alızadə hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb, “Qaradağ Lökbatan” klubu 400 manat cərimə edilib.

“Mingəçevir” – “Qaradağ Lökbatan” oyununun 76-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 1 nömrəli futbolçusu Əli Kərimov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qıırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Qaradağ Lökbatan” klubu 300 manat cərimə edilib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”