“Pulumu verməsiz, gedən deyiləm” söylədi, baş məşqçi yalvara-yalvara saxladı

10:40 I Divizion 477
“Pulumu verməsiz, gedən deyiləm” söylədi, baş məşqçi yalvara-yalvara saxladı

“Mingəçevir” daha bir futbolçusu ilə yollarını ayırıb.

Bölgə təmsilçisi Elnur Mirzəyevlə vidalaşdığını açıqlayıb.

Onunla mövsümün əvvəlində bağlanan 1 illik müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

I Liqanın iştirakçısı daha öncə 6 oyunçusuna qapını göstərib. Nizami Səmədov, Elvin Əsgərov, İlkin Əliyev, Rüstəm Quluzadə, Tural Məmmədzadə və Fuad Əhmədovla da müqaviləyə qarşılıqlı son verilib.

Elnur Mirzəyevin gedişi Füzuli Məmmədovla əlaqədardır. O, acıdil baş məşqçi ilə problem yaşaması üzündən klubunu dəyişib.

Müdafiəçi bundan sonra «Baku Sportinq»in uğurları üçün tər tökəcək.

O, I Liqanın debütantı ilə sonradan 1 il uzadılmaq şərtiylə 4 aylıq müqavilə imzalayıb.

Səbəb odur ki, vaxtilə «Neftçi»də işləmiş baş məşqçi I Liqanın 12-ci turunda «Zaqatala»ya 1:2 hesablı məğlubiyyətdən sonra komanda üzvlərinə «dişinin dibindən çıxanı» söyləyib.

Debütünün uğursuz alınmasından qəzəblənən mütəxəssis hirsini oyunçuların üzərinə töküb.

Zaqatalada keçirilmiş matçda iki sarı vərəqə alaraq 75-ci dəqiqədə meydandan uzaqlaşdırılan Elnur Mirzəyevin ünvanına xoşagəlməz ifadələr işlədib.
Məmmədov yenilginin müqəssiri kimi yarımmüdafiəçini göstərib. Həmçinin onu 500 manat miqdarında cərimələdiyini söyləyib.

Mirzəyev isə bütün bunlarla razılaşmayıb, baş məşqçinin cavabını verib. Komanda yoldaşlarından Xəyal Muradov da ona qahmar çıxıb.

Bunu görən F.Məmmədov sözügedən müdafiəçiyə də «get» söyləyib.

24 yaşlı arxa xətt oyunçusu isə klub rəhbərliyi ilə görüşərək, ayrılmağa hazır olduğunu, lakin bunun üçün ona qarşıdakı ayların maaşının ödənilməsi gərəkdiyini bildirib.

Pulunu son qəpiyinədək almayana qədər kontraktı pozmayacağını deyib, belədə baş məşqçi əl-ayağa düşüb. sözünü geri götürüb, Muradovu yalvara-yalvara geri qaytarıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti