Mübahisəli qərarlar da “Mingəçevir”ə qələbə qazandırmadı - VİDEO

03:30 I Divizion 119
Mübahisəli qərarlar da “Mingəçevir”ə qələbə qazandırmadı - VİDEO

I Liqada 13-cü tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, "Mingəçevir" öz meydanında "Qaradağ Lökbatan"ı qəbul edib.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

10 turdan sonra aktivində 7 qol olan "Mingəçevir" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. 12 xalı olan "Qaradağ Lökbatan" isə 8-ci yerdədir.

"Mingəçevir" - "Qaradağ Lökbatan" 1:1
Qollar:
Gülağa Əsədov, 11 // Bahadur Həziyev, 40

Qolla nəticələnməyən penalti: Gülağa Əsədov, 75
Zaqatala OİK stadionu. 70 tamaşaçı
Baş hakim: Murad Səlimov
Baş hakimin köməkçiləri: Orxan İbişov, Nurlan Əhmədzadə
Dördüncü hakim: Vüqar Həsənli
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Rəşad Əliyev, 15 (qeyri-idman hərəkəti); Fanen Jozef Akyam, 26 (qeyri-idman hərəkəti) // İlnur Valiev, 10 (qeyri-idman hərəkəti); Tunar Mütəlimov, 34 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Əli Kərimov, 76 (qeyri-etik ifadə və ya hərəkət)
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Xəyal Alıyev 75 (“Qaradağ Lökbatan”, hakimlər briqadasını təhqir etdiyi üçün)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.

“Mingəçevir”: 96. Elməddin Məmmədov 14. Vüqar Həsənov 13. Fanen Jozef Akyam 60. Elmin Bayramov 19. Elçin Qasımov (k) 20. Gülağa Əsədov 27. Mehrac Baxşalı 3. Raul Məmmədov 6. Murad Dadaşev (22. Rövşən Şahmuradov, 86) 5. Abba Usman 77. Rəşad Əliyev (7. Aqil Nəsibov, 46)
Ehtiyat oyunçular: 25. Afiq Musayev 75. Emil Həbibov 2. Hüseyn Əliyev 18. Elvin Əliyev 17. Taleh Fərmanov 16. Zöhrab Əsədov 8. Nihad Xəlilli 23. Məhəmməd Abbasov
Baş məşqçi: Fizuli Məmmədov

“Qaradağ Lökbatan”: 25. İlnur Valiev 90. Şahin Balejai 10 Araz Abdullayev (k) 9. Nurlan Novruzov (4. Hakan Həsənov, 80) 8. Təmraz Əmircanov 7. Bahadur Həziyev (77. Bəşir Ayralov, 72) 5. Fərid Nadirov 22. Fərid Mahmudov (88. Tunar Mütəlimov, 54) 14. Hüseyn Hüseynli 21. İsa İsayev 44. Xəyyam Hüseynov
Ehtiyat oyunçular: 1. Əli Kərimov 6. Coşqun Əsədzadə 17. Ramin Məhərrəmli 15. Fuad Əhmədov
Məşqçi: Amit Quluzadə

Digər Xəbərlər
Xəbər Lenti