![Komanda kimə tapşırıldı? - SON DƏQİQƏ XƏBƏRİ](https://www.sportinfo.az/media/2025/02/11/462548752_890873793234441_6769707165648326099_n.jpg)
«Difai»ni bundan sonra meydana çıxaracaq məşqçi müəyyənləşib.
«Fədailər» Aydın Qasımova tapşırılıb.
Buna qədər baş məşqçinin köməkçisi funksiyasını yerinə yetirən mütəxəssis fevralın 14-də iş başında görünəcək. Qarabağ qazilərinin təmsilçisi həmin gün «Zaqatala»nın qonağı olacaq.
Dünən «Difai»də baş məşqçi ayrılığı gerçəkləşib. I Liqanın son turunda «Qəbələ»yə 0:1 hesabıyla uduzan «fədailər»in Xaqani Məmmədovla işbirliyi axıra çatıb.
Tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib.
X.Məmmədov ötən ilin noyabr ayının əvvəlində komandanın sükanı arxasına keçmişdi. Qarabağ qazilərinin təmsilçisi ötən 3 ay ərzində onun rəhbərliyi ilə 5 xal toplayb.
«Difai» bu müddət ərzində «Baku Sportinq»i 2:0 hesabıyla üstələyib, «Mingəçevir» və «Karvan»la heç-heçə edib.
14 tura 9 xal toplayan kollektiv hazırda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
A.Qasımov 3 ildən artıqdır «Difai»dədir. O, 2022/23-cü il mövsümündə Region Liqasında mübarizə aparmış komandanın ilk baş məşqçisi olaraq tarixə düşüb.
SPORTİNFO.AZ