COP29

“Heç kim Premyer Liqada ondan daha güclü 3 futbolçu saya bilməz”

02:20 I Divizion 226
“Heç kim Premyer Liqada ondan daha güclü 3 futbolçu saya bilməz”

Sportinfo.az xəbər verir ki, I Liqa təmsilçisi “Qaradağ Lökbatan”ın baş məşqçisi Amit Quluzadə apasport.az-ın suallarını cavablandırıb.

- Qış fasiləsini necə keçirdiz?

- ⁠Qış fasiləsi bizim üçün ideal keçdi. Bunun üçün rəhbərliyimizə təşəkkürümü bildirirəm. Oyunçuların bir-biri ilə əlaqəli şəkildə oynaya bilməsi üçün lazımi məşqləri həyata keçirdik.

- Futbolçularla söhbətlərimizdə hamısı sizdən danışır. Sizə görə burda olduqlarını söyləyirlər…

- Açığı, bu barədə heç nə deyə bilmərəm. Məncə, burdakı bütün futbolçular yalnız azar eşidiblər. Düşünürəm ki, oyunçularım məndən qorxmalı deyil, hörmət etməlidir. Pis də oynasa, səhv də etsə, mən onun yanında olduğumu hiss etdirirəm. Onların bu idman növündən zövq almalarına çalışıram. Biz futbolu oynayırıq ki, həzz alaq. Həyatdan zövq almaq lazımdır. Həmişə eşidirik ki, “futbolçunu yormaq lazımdır”. Nəyə görə futbolçunu yormaq lazımdır axı? Uşaqlıqdan etibarən hamı onu yorub. Futbolçu da bir insandır.

- Bu gün “Cəbrayıl”ı məğlub etdiz. Görüş barədə düşüncələriniz necədir?

- Matç ilk 30 dəqiqədə bitə bilərdi. Son 5-6 epizodda futbolçularım yanlış qərarlar verdilər. Rəqibi həm hücumda, həm orta xəttdə, həm də müdafiədə üstələdik. Səhvlərimizin fərqinə varmışıq və bunun üçün lazımi tədbirləri görəcəyik.

- Hakimliklə bağlı etirazlarınız var idi…

- ⁠Hakimlə bağlı çox şey danışmaq istəmirəm. Sadəcə bəzi epizodlarda başqa qərarlar versə, yaxşı olardı.

- Komandaya təcrübəli oyunçular cəlb etmisiz. Onların burda olması işinizi nə qədər asanlaşdırır?

- Araz Abdullayev ölkədə intizamsız futbolçu kimi bilinir. Hazırda o bizim komandamız üçün örnək oyunçudur. Yanaşmadan çox şey aslıdır. Şəffaf olmaq lazımdır. 6 aydır ki, mənim yanımdadır. Məşqlərə hər kəsdən tez gəlir. Cavan futbolçu səhv edəndə yaxınlaşıb ona yol göstərir. Məncə, Premyer Liqada öz mövqeyini nəzərə alsaq, heç kim Arazdan daha güclü 3 futbolçu saya bilməz. İnsana dəyər vermək lazımdır. Həm meydanda, həm də meydandan kənarda Arazdan daha peşəkar futbolçu tanımıram.

- Futbolçularla danışığınız necə olub, Premyer Liqadan istəsələr buraxacaqsız?

- ⁠Bahadur Həziyev ilə Premyer Liqadan 2 komanda maraqlanırdı. “Zaqatala” ilə görüşdən əvvəl bizimlə müqavilə imzaladı. Mənə dedi ki, “Amit müəllim, təklif gəlsə, gedə bilərəm?”. Mən də bildirdim ki, problem deyil. Təki futbolçunun istədiyi olsun.

Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 18:10 Çək və bizə göndər!