![Baş məşqçi bu addımı ilə hər kəsi ŞOKA SALDI](https://www.sportinfo.az/media/2025/02/08/picture_1738996141886.png)
"İmişli"nin baş məşqçisi Fərid Namazov atdığı addımla hər kəsi təəccübləndirib.
Gənc mütəxəssis Birinci Liqanın 12-ci turunda MOİK-ə məğlubiyyətdən (3:4) sonra paltardəyişmə otağında futbolçulara vida nitqi söyləyib:
"Mən gedirəm, bir də qayıtmayacam".
Hər kəs mütəxəssisin sözlərini məntiqli olaraq ayrılıq kimi qəbul edib. Onsuz da "İmişli"nin nəticələri kimi oyunu da ürəkaçan deyil. Baş məşqçi istefası həftələrdi gözlənilir.
Rəhbərlik də məsələdən xəbərdar olub. Hətta yeni baş məşqçi üçün axtarışlar start götürüb.
Əsl hadisələrdə bundan sonra yaşanıb. Gənc çalışdırıcı fikrini dəyişərək yenidən komandanın başına dönüb.
Onun məşqə çıxması hər kəsi şoka salıb.
Namazov karyerası ərzində “Səbail”, “Qarabağ” kimi klublarda məşqçi kimi çalışıb, son olaraq isə Azərbaycan U-19 komandasında məşqçi kimi və eyni zamanda AFFA və UEFA-nın lisenziya kurslarında təlimatçı kimi çalışıb.
SPORTİNFO.AZ