"Cəbrayıl" düşərgəsində neqativ xəbərlər bitmir.
Bu dəfə hadisələrin mərkəzində yeni baş məşqçi Təmkin Xəlilzadədir.
Qış fasiləsində birinci liqa təmsilçisinin başına keçən veteran yarımmüdafiəçi ilə futbolçular arasında narazılıq yaşanıb.
Kollektiv gənc məşqçinin məşqlərindən məmnun deyillər.
Birinci yarını uğurlu keçirən bölgə klubu fasilədən sonra çempionata uğursuz start verib.
Xəlilzadə "Qaradağ Lökbatan"la görüşə təsadüf edən debüt matçında 0:2 hesablı yenilgi ilə yadda qalıb.
SPORTİNFO.AZ