“Karvan” baxışa yeni futbolçu dəvət edib. I Liqa klubu legioneri sınaqdan keçirir.
Sportinfo.az xəbər verir ki, yevlaxlılar İran əsilli kanadalı Aryan Hassanpura düşərgəsində yer verib.
21 yaşlı Aryan hücumameylli yarımmüdafiəçidir.
Məşqçilər korpusu bu gün məşqlərə qoşulan Hassanpur haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.