COP29

Azərbaycanda komandanın sükanı fitness məşqçisinə tapşırıldı - O, dostunu vəzifəyə gətirdi

11:40 I Divizion 600
Azərbaycanda komandanın sükanı fitness məşqçisinə tapşırıldı - O, dostunu vəzifəyə gətirdi

Elhad Nəziri ilə vidalaşan «Cəbrayıl»da yeni baş məşqçisi təsdiqlənib.

I Liqanın debütantı Əli Muradova tapşırılıb.

Onunla yayadək müqavilə imzalanıb.

Əslində isə bu, formal sövdələşmədir. Muradovun əlində «B» kateqoriyalı lisenziya olduğu üçün klub rəhbərliyi kağız üzərində belə bir «manevr» edib.

Gerçəkdə komanda Təmkin Xəlilzadənin sərəncamındadır.

Vaxtilə millinin şərəfini qorumuş, hazırda isə minifutbol çempionatında «Birbaşa»nın formasını geyinən Xəlilzadə məşqçilikdə ilk addımlarını «Cəbrayıl»da atmağa başlayıb.

Futbolçulara məşq keçir, heyəti və taktikanı müəyyənləşdirir, Əli Muradov isə sadəcə, texniki zonada əyləşir.

Kollektivin idarəçiliyi birbaşa Xəlilzadənin nəzarətindədir. Məşqçi kurslarında oxumadığı üçün təyinatını rəsmiləşdirmək mümkün olmayıb.

Bəs Əli Muradov kimdir?

O, İdman Akademiyasının məzunudur. Fitness məşqçisidir. İndiyədək bir neçə yerdə çalışıb.

«Keşlə»də (indiki «Şamaxı) Sənan Qurbanovun məşqçi korpusunda yer alıb.

Həmçinin futzal üzrə millidə və «Araz-Naxçıvan»da fəaliyyət göstərib. «Cəbrayıl»a da təsadüfən gəlməyib.

Təmkin Xəlilzadənin yaxın dostudur. Bu münasibətlər isə «Birbaşa»dan başlayıb. Muradov minifutbol komandasında fiziki hazırlığa məsul şəxsdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti