COP29

Qardaşını qoyub qaçdı, getdiyi klubu da əlavə xərcə saldı

19:00 I Divizion 571
Qardaşını qoyub qaçdı, getdiyi klubu da əlavə xərcə saldı

"Mingəçevir" mövsümün qarşıdakı hissəsində ev oyunlarını doğma şəhərdə keçirməyəcək.

Bölgə təmsilçisinin müraciəti, Peşəkar Futbol Liqasının qərarı ilə Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda aparılan təmir və yenidənqurma işləri bitənə kimi klub rəqiblərini Zaqatala Olimpiya Kompleksinin stadionunda qəbul edəcək.

I Liqada 12 turdan sonra "Mingəçevir"in aktivində cəmi 6 xal var və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıblar.

Bu, əslində Füzuli Məmmədovun təkidi ilə baş tutmuş yerdəyişmədir.

Ötən ilin noyabrında "Difai"nin sükanı arxasına keçmiş Xaqani Məmmədovu yolun ortasında tək buraxaraq "Mingəçevir"ə qaçmış F.Məmmədov şəhər stadionunun meydançasının bərbad vəziyyətdə olmasını əsas gətirərək, komandanı Zaqatalaya "köçürüb".

Bu isə klubu kifayət qədər xərcə salıb. "Mingəçevir" Zaqatalada keçirəcəyi hər oyuna görə yerli kompleksə 2500 manat civarında ödəmə edəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti